Şənbə , İyun 6 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar və əvvəlki işi ilə bağlı bəzi izahatlar vermək üçün Əcəbşir şəhər məhkəməsinə çağırıb. O, heç bir əlavə izahat verilmədən Əcəbşir İnqilab Məhkəməsinin sədri hakim Məhəmməd Cəbbarinin qərarı ilə həbs olunaraq Marağa həbsxanasına köçürülüb.

Qeyd edək ki, türk azərbaycanlı fəal 1404-cü ilin dey ayı etirazları zamanı da polis qüvvələri tərəfindən saxlanılmış və Marağa həbsxanasına aparılmışdı. O, bir neçə gün sonra 1 milyard 500 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

Bəhram İbrahimpur daha əvvəl “rejim əleyhinə təbliğat”, “yalan məlumat yaymaq” və “müxalif qruplarla əlaqə” ittihamları ilə bir il həbs cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkil Məhəmməd Təriqətə qarşı yeni ittiham aktı hazırlandı

GADTB: Üskü şəhərinin Ümumi və İnqilab Prokurorluğunun prokurorluq şöbəsi vəkil və Vəkillər Kollegiyasının üzvü Məhəmməd …

MEDIA CNN-dən Azərbaycandan üzr istəməyi tələb edir

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDIA) CNN telekanalından Azərbaycanın guya İsrailin İrana qarşı hərbi əməliyyatlarında …