Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı fəalları məhkəmə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zndanında həbsdə saxlanılan azərbaycanlı milli fəallar Tahir Nəqəvi, Ayaz Seyfxah və Kərəm Mərdanə məhkəmə edilib

Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilən məhkəmə iclasında fəallar barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı ediblər.

Onlar “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq”da günahlandırılıblar.

Qeyd edək ki, İranın ETTELAAT məmurları adı çəkilən fəalları fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

Həmçinin yoxlayın

Molla rejimi Ərdəbildə “casusluq”da təqsirləndirdiyi bir nəfəri həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin SEPAH-ının kəşfiyyat qüvvələri dünən Ərdəbildə …

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …