Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlını həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlınin rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən apellyasiya şikayətini təmin edilməyib.

Molla rejimi azərbaycanlı fəalı “hökumətə qarşı təbliğat” ittihamına görə 8 ay, “İran rəhbərini təhqir etmək” ittihamına görə isə 16 ay müddətinə həbsə məhkum edib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan və oktyabrın 18-də rejimin məmurları tərəfindən həbs edilən azərbaycanlı milli fəal Cavad Əhmədi Yekanlı dekabrın 2-də 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdı.

Azərbaycanlı fəal bundan öncə də milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə yaxalanaraq, həbsə və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …