GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mahmud Ocaqlunu zaminə buraxmaqdan imtina edir.
Molla rejimi fəalın müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılması üçün girov qoyulmasına baxmayaraq, azərbaycanlı fəalın bu hüquqdan istifadə etməsinə icazə vermir.
2022-ci il 11 dekabrda Tehran şəhərindəki iş yerində rejimin məmurları tərəfindən həbs edilən azərbaycanlı fəal Mahmud Ocaqlu bu müddət ərzində yalnız ailəsi ilə bir dəfə qısa telefon əlaqəsi saxlaya bilib.
Azərbaycanlı fəalım durumu, saxlanılma şərayiti və ittihamları barədə yaxınlarına məlumat verilmir.
Qeyd edək ki, Mahmud Ovaqlu milli-mədəni fəaliyyəti ilə bağlı dəfələrlə təzyiqlərlə qarşılaşmışdı. O, 2014-cü ildə ana dili ilə bağlı mədəni fəaliyyətinə görə həbs edilmişdi.