Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı öyrənciyə fəalına həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı öyrənci fəalı və Təbrizin “Şəhid Mədəni” Universitetinin qovulmuş tələbəsi Armita Pavirə həbs cəzası verib.

Azərbaycanlı öyrənciyə fəalı ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Çıxarılan məhkəmə hökmünə əsasən, tələbə fəal “rəhbəri (Xameneyi) təhqir etmək” ittihamı ilə 15 ay 1 gün, “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı ilə isə 7 ay 16 gün müddətinə həbsə məhkum edilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ukrayna şərneşin təyyarəsini hədəf aldığına etiraz görə, həm də keçən ilin etirazlarında iştirak etdiyi üçün azərbaycanlı öyrənciyə fəalı Armita Paviri həbs edib.

Noyabrın 6-da Təbrizdə rejimin zindanından səs yazısı yayılan Armita Pavir ona qarşı açılan saxta məhkəmə işinin düzün araşdırılmamasına və həbsxana nəzarətçilərinin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyası keçirdiyini elan etmişdi.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …