Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi azərbaycanlı vəkil Əmir Mehdipuru məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdən olan azərbaycanlı vəkil və Şərqi Azərbaycan Vəkillər Birliyinin üzavü Əmir Mehdipuru Təbrizdə yerləşən ikinci Cinayət Məhkəməsinə çağırıb. Vəkilə bununla bağlı çağırış göndərilib.

Bunun çağırışın təbrizli vəkilin 1 illik həbsi barədə qərarın icrası ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, Əmir Mehdipura rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs və 2 il müddətinə ölkədən çıxmasına qadağa qoyulmuşdur.

Əmir Mehdipur 17 oktyabrda həbs edilərək Təbriz zindanına köçürülmüş və 27 oktyabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmışdır. Əmir Mehdipurla yanaşı başqa vəkillər Sina Yusifi, Negin iyani, Qasım Bodi də həbs edilərək müxtəlif müddətlərə həbsə məhkum ediliblər.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …