Cümə axşamı , Oktyabr 22 2026
azfa

Molla rejimi boş hədəyə davam edərkən İsrail çox sayda İran terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yunun 4-də axşam saat 21:25-də Suriyanın Masyaf şəhərinin kənarında (Həmanın qərbində) Əl-Zavi bölgəsindəki hərbi fabriklərə və tədqiqat mərkəzlərinə havadan raket zərbələri endirilib.

Suriya Dövlət Agentliyinin SANA, habelə Hizbullaha aid Livan Əl-Manar və Əl-Mayadin kanallarının məlumatına görə hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.

Əl-Mayadinin yazdığına görə, Livan hava məkanından qeyd olunan ərazidə ən azı dörd hədəfə hücum edilib, bundan sonra təyyarələr İsrailə dönüb.

Hücumda molla rejiminin ən azı 9 sepah terrorçusunun öldürüldüyü bildirilir. Molla rejimi hər zamankı kimi boş-boş hədələr səsləndirərkən İsrail sepah terrorçularını məhv edir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın