Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimi erməniləri Tehranda Azərbaycana qarşı aksiyaya çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi erməniləri Tehranda Azərbaycana qarşı aksiyaya çıxarıb.

Aksiyaya gətirilən ermənilər Tehranda erməni kilisəsinin önünə toplaşaraq Azərbaycan Respublikasının guya Qarabağı mühasirədə saxladığını iddia edib və Azərbaycana qarşı etiraz şüarları səsləndiriblər.

Aksiyaya toplaşan ermənilər əllərində “NATO-nun Turan dəhlizinə yox”, “Artsaxın mühasirəsinə son verilsin”, “Bakının Qafqazdakı hegomonluğuna yox deyirik”, “Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir” və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Aksiyaçılar qarşısında çıxış edən eməni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İrana bununla bağlı mövqeyinə görə təşəkkür ediblər.  

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …