
GADTB: Molla rejimin Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei ölkədə yeni kütləvi etirazların baş verməsi ehtimalından danışaraq sərt xəbərdarlıq edib.
Ali Məhkəmə Şurasının iclasında çıxış edən Ejei bildirib ki, ölkə daxilində yenidən “qarışıqlıq törətməyə” cəhd göstəriləcəyi təqdirdə hakimiyyətin cavabı əvvəlki dövrlərlə müqayisədə daha qətiyyətli olacaq.
Ejei İranın təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət göstərən şəxslərin və hakimiyyətin ifadəsi ilə “muzdluların” iğtişaş yaratmaq cəhdlərinə sərt cavab veriləcək.
O, çıxışında ABŞ-nin İrana qarşı həyata keçirdiyi bildirilən son hücumlara da toxunaraq, İran Silahlı Qüvvələrinin buna “sarsıdıcı cavab” verdiyini iddia edib. O, SEPAH və ordunun bölgədəki bir neçə ABŞ hərbi bazasına zərbələr endirdiyini bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi