Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər barəsində ağır cəza hökmləri verəcək.

Bu barədə Həmədan əyalətinin ictimai və inqilabi prokuroru Abbas Nəcəfi bildirib.

Saxlanılanları “muzdlu” və “düşmən ünsür”ləri adlandıran prokror onların bir neçəsi barədə edam qərarı çıxarldığını bildirib:

“41 düşmən muzdlusuna qarşı cinayət işi açılıb və onlara əmlak müsadirəsi, həbs və edam cəzası da daxil olmaqla ağır cəzalar verilib”.

Onun iddiasına görə, bu şəxslərin bir qismi xarici ölkələrdə yaşayır və casusluq xidmətlərinə qulluq etmək üçün rejimə qarşı təbliğat aparırıblar.

Nəcəfi, həmin şəxslərin aktivlərinin müəyyən edilərək müsadirə edildiyini bildirib.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …