Çərşənbə , İyun 17 2026
azfa

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Aydın Möhsünnəjadı zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı fəal Aydın Möhsünnəjadı zaminə buraxıb.

Güney Azərbaycanın Xoy şəhərində yaşayan azərbaycanlı fəal Aydın Möhsünnəjad girov qarşılığında Xoyda zindandan məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəalın nədə ittiham edildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, azərbaycanlı fəal Aydın Möhsünnəjad noyabrın 22-də rejimin məmurları tərəfindən həbs edilmişdi. Noyabrın ikinci yarısında Xoy şəhərində onlarla fəal həbs edilib və onlardan 25 nəfəri ETTELAAT İdarəsinin təcridxanasından rejimin Xoyda yerləşən zindanına köçürülüblər.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …