Cümə axşamı , Fevral 6 2025
azfa

Molla rejimi irqçilik edərək dünyanın ən böyük üstüörtülü bazarını qeydiyyata almır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi tarixi əsərlərin qeydiyyatında da xüsusi irqçilik göstərməkdədir. Rejim dünyanın ən böyük üstüörtülü bazarı olan Təbriz bazarını qeydiyyata almayıb.

Bu isə Şərqi Azərbaycan Mədəni Miras Təşkilatı Mədəni Miras, Turizm və Küstar Sənaye Nazirinə məktubla müraciət edərək dünyanın ən böyük tarixi bazarı olan Böyük Təbriz Bazarının 21 milli əsər siyahısında siyahısına salınmamasına etiraz etdilər.

Lakin rejimin aidiyyəti məsələlər üzrə rəsmisi Kargari etiraza məhəl qoymayıb və deyib ki, tədricən bütün tarixi abidələr, məkanlar və muzeylər siyahıya alınıb və bu qanunla idarə olunacaq.

Onun sözlərinə görə, ilk olaraq 21 milli abidənin seçilməsi Mədəni Miras Nazirliyində keçirilən iclasda müəyyənləşdirilib. İclasda əvvəlcə Sədabad, Niyavəran, Hafiziyyə kimi böyük muzeylər və önəmli tarixi yerlər, ardınca Nəqş Cahan Meydanı kimi yerlər seçilib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy və Sara xanım Qəhrəmanmaraş zəlzələsində həyatını itirənlərin anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

Türk Dövlətlərinin parlamentariləri bir araya gələcək

GADTB: Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Parlamentlərarası dostluq qruplarının toplantısı keçiriləcək. Toplantının İstanbulda keçirilməsi …

Bir cavab yazın