Şənbə , İyun 13 2026
azfa

Molla rejimi Qoşaçay zindanında fəallara işgəncə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərində həbs edilən azərbaycanlı fəallar işgəncə edildikləri üçün onlar həbsdən buraxıldıqdan sonra səhhətlərində ciddi problemlər yaranıb.

Səhhətində problem yaşayan fəalların bəzisi xəstəxanalara yerləşdirilib, bəzisi isə ev şəraitində müalicə olunmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, İran insan haqları müdafiəçiləri və sosial media fəallarının verdiyi məlumatda fəalların bir neçəsinin işgəncə altında barmaqlarının, qabırğalarının sındırıldığı, bir neçəsinə isə məcburi etiraf almaq üçün naməlum iynələr vurulduğu bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …