Cümə axşamı , Oktyabr 22 2026
azfa

Molla rejimi tanınmış azərbaycanlı fəal Pərviz Siyabi həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  tanınmış azərbaycanlı fəal Pərviz Siyabini 6 il həbs cəzasını çəkmək üçün Ərdəbildəki zindanına köçürüb.

Ərdəbildə yaşayan azərbaycanlı fəal Pərviz Siyabi Gürcani noyabrın 9-da yaxalanaraq həbs cəzasını çəkmək üçün rejimin Ərdəbildəki zindanının 16-cı bölməsinə köçürülüb.

Azərbaycan uğrunda milli-mədəni fəaliyyətinə görə yaxalanmış 73 yaşlı ağsaqqal azərbaycanlı fəal bundan öncə rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 16 il həbs cəzası almışdı.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən azərbaycanlı fəal haqqında bu həbs qərarı rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 6 ilə həbs cəzası ilə dəyişdirilmişdir.

Molla rejiminin şərlədiyi Pərviz Siyabi “Rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Molla rejimi ağsaqqal azərbaycanlı fəala qarşı həmçinin “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Tom Tugenhat: Britaniyada Əraqçiyə tribun verilir, halbuki İranda insanlar eyni hüquqa sahib olmaq uğrunda öldürülür

GADTB: Britaniya parlamentində Mühafizəkarlar Partiyasının deputatı və ölkənin keçmiş təhlükəsizlik naziri Tom Tugenhat Abbas Əraqçinin …