Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Urmiya etirazlarında həlak olanların bəzisinin şəxsiyyəti müəyyənləşdi

GADTB: Urmiyada baş verənlərin miqyasının son dərəcə ağır olduğu bildirili r. Etirazlar zamanı İran rejiminin silahlı qüvvələrinin açdığı atəş nəticəsində onlarla insanın öldürüldüyü və yaralandığı bildirilir.

İndiyədək Hadi Cəfəri Qutur (37 yaş) və Babək Yaqubi (46 yaş) adlı iki şəxsin etirazlar zamanı həyatını itirdiyi təsdiqlənib.

Lakin ən ağır məqam ondan ibarətdir ki, son günlər ərzində Urmiyada onlarla cəsəd “naməlum şəxs” adı altında dəfn edilib. Məlumata görə, təkcə qəbiristanlığın bir hissəsində aşağıdakı qeydlər müşahidə olunub:

Naməlum kişi – 65-ci sahə, 4-cü sıra, 11-ci məzar

Naməlum kişi – 65-ci sahə, 4-cü sıra, 13-cü məzar

Naməlum kişi – 65-ci sahə, 4-cü sıra, 14-cü məzar

Naməlum kişi – 65-ci sahə, 4-cü sıra, 15-ci məzar

Mənbələr bildirir ki, İran rejimi etirazlarda həlak olanların cəsədlərini ailələrdən gizlətməklə, həmçinin yaralıları apararaq sonradan öldürməklə, onları adsız məzarlarda dəfn edir. Bu hallar insan hüquqlarının kobud şəkildə pozulması və etirazların zorakılıqla boğulmasının miqyasını bir daha ortaya qoyur.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …