Bazar ertəsi , May 25 2026
azfa

Molla rejiminin güllələdiyi dinc etirazçıların sayı 252 nəfərə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin dinc etirazlarda güllələdiyi uşaqlar və gənclərin sayı 252 nəfərə çatıb.

İran İnsan Haqları Təşkilatı yeni məlumatına görə, sentyabrın 17-dən oktyabrın 24-dək İranda baş verən kütləvi etirazlarda 252 nəfər molla rejiminin qüvvələri tərəfindən qətlə yetirilib.

Molla rejiminin dinc etirazlarda güllələdiyi şəxslərdən 35 nəfəri isə uşaqdır.

Etirazlar başlayandan İran adlanan ölkədə azı 13309 nəfərin həbs edildiyi qeyd edilib.

Qeyd edək ki, etirazlarda molla rejiminin məmurlarının birbaşa atəşi nəticəsində yüzlərlə ağır yaralının olduğu da bildirilir. Ona görə, ölü sayının artacağı gözlənilir.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …