Molla rejiminin həbs etdiyi azərbaycanlı xanım fəalın sağlıq durumu pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı xanım fəal Məhdiyə (Melika) Seyid Fruqinin sağlıq durumu pisləşib.

Üç ay yarımdan çoxdur həbs edilərək Təbrizdə zindana köçürülən təbrizli fəal Məhdiyə Seyid Fruqi ona qarşı zülmə etiraz olaraq aclıq aksiyası keçirir. Eyni zamanda ona fiziki və psixi təzyiqlər göstərilir.

İnsan haqları müdafiəçiləri 3 il müddətinə azadlıqdan məhrum edilən təbrizli xanımın bundan öncə təcridxanada işgəncə edilərək ondan məcburi etiraf alındığını deyirlər.

Mühakimə zamanı onun vəkillə təmin olunmasına icazə verilməyib və ailəsi xəbərin ictimailəşdirilməməsi üçün təhdid edilib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …