Çərşənbə , İyun 10 2026
azfa

Molla rejiminin həbs etdiyi Saleh Molla Abbasi girov qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin həbs etdiyi Saleh Molla Abbasi girov qarşılığında zaminə buraxılıb.

Əhər şəhərindən olan azərbaycanlı fəal dünən 1 milyard 200 milyon tümənlik vəsiqə girov qoymaqla rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yaxalanmışdı.

Fəalın ailəsi ilə telefon əlaqəsi saxlamasına da icazə verilmirdi. Saleh Molla Abbasinin telefon danışığına qadağa onun oktyabrın 18-də barəsində edilən haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağı barədə ailəsinə verdiyi məlumatdan sonraya təsadüf edirdi.

Fəal 18 oktyabrda ona qarşı haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağını bildirmişdi.

Fəalın həyat yoldaşı Homeyra Turabi onun ETTELAAT məmurları tərəfindən saxlanıldığı zaman şəxsi əşyalarının, o cümlədən telefon və komputerinin də aparıldığını bildirmişdi.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …