Cümə axşamı , May 15 2025
azfa

Molla rejiminin məmurları Qaşqay fəalları həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin fəalları Qaşqay türklərinin bir neçə fəalını həbs edib.

Qaşqay fəalların verdiyi məlumata görə, Fars əyalətinin Firuzabad şəhərindən olan mədəni mədəni fəal Hamid Qaşqayi Şiraz şəhərində yaxalanaraq, naməlum yerə aparılıb.

Noyabrın 10-da İran İranın ETTELAAT məmurları tərəfindən həbs edilən fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə heç bir məlumat verilmir.

Ümumiyyətlə Şiraz və Əsəluyədə aşağıdakı qaşqay fəallar yaxalanıb:

  1. Şair və türk dili tədqiqatçısı Əvəzulla Səfəri Kəşkuli
  2. İsmayil Musalu
  3. Casim Bahaduri Səkkiz
  4. Səməd Avayi Xoş
  5. Həmid Həzrəti.

Hələlik yaxalanan qaşqay fəalların nədə ittiham edilməsi və harada saxlanılması barədə məlumat verilmir.

Qeyd edək ki, irqçi fars rejim qaşqay türklərin yaşadığı Qaşqayyurd bölgəsini parçalayaraq müxtəlif əyalətlərə ilhaq edib. Bunda məqsəd isə  Qaşqay türklərini bir millət kimi məhv etməkdir.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …