Şənbə , İyun 13 2026
azfa

Molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Əli Kuhi barədə məlumat əldə etmək olmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Əli Kuhi barədə məlumat əldə etmək olmur.

Güney Azərbaycanda kütləvi etirazlarla eyni vaxtda Təbrizdə yaşayan Əli Kuhi molla rejiminin məmurları tərəfindən həbs edilib.

28 yaşlı Təbriz sakininin vəziyyəti ilə bağlı məlumat verilməməsi ailəsinin və yaxınlarının onun səhhəti ilə bağlı son dərəcə narahat olmasına səbəb olub.

Hadisə şahidlərinin bildirdiyinə görə Əli Kuhi həbs edildiyi zaman döyülərək, ağır bədən xəsarətləri alıb və bu vəziyyətdə rejimi məmurlarının avtomobilinə salınıb.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …