Cümə , Aprel 19 2024
azfa

Molla riyakarlığı; bütün günü Ermənistana silah-sursat daşıyan İran yalandan Azərbaycanı dəstəklədiyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  bütün günü Ermənistana silah-sursat daşıyan İran yalandan Azərbaycanı dəstəklədiyini deyir. Sir deyildir ki, işğalçı Ermənistanın yeganə silah-sursat qapısı isə İranın nəzarət etdiyi ərazilərdən ibarətdir. Bu gün Ermənistanda olan və eləcə də azərbaycanlı məktəbliləri öldürən silah-sursatın şübhəsiz 99 faizini İran vasitəsilə işğalçı Ermənistana daşınıb.

Təkcə dünən Qum yaxınlığından Aerodromdan qanunsuz şəkildə Dağlıq Qarabağa təyyarə ilə silah-sursat daşımışdır. İrandan Ermənistana Nurduz sərhəd-keçid məntəqəsindən isə bu günlərdə yüzlərlə TIR ilə silah daşınır. Şübhəsiz Azərbaycan müsəlmanlarını hədəf alan tanklar və təyyarələrin yanacağının 100%-nin molla rejiminin göndərdiyi kimsəyə sirr deyildir. Qarabağa gətirilən terrorçular da şübhəsiz İran vasitəsilə daşınır.

Belə olan halda ikiüzlü və riyakar molla rejimi hansı üzlə yalandan Azərbaycanı dəstəklədiyini deyə bilir. Utanmadan ermənipərəst İranın Azərbaycandakı sədfirliyi bildirib:

“Azərbaycan və İran xalqlarının bədxahları məşum media mexanizmlərindən istifadə etməklə ictimai rəyi aldatmağa və həqiqətləri gizlətməyə çalışırlar. Son günlər yüksək vəzifəli İran rəsmilərinin, xüsusən İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin və İran İslam İnqilabi Keşişkçiləri Korpusunun generallarının Azərbaycan Respublikasına dəstəkləyici açıqlamaları bu saxtakarların yalanlarını ifşa etdi və xainləri qorxu və təşvişə saldı. Çünki bu açıqlamalar iki ölkə xalqlarının düşmənlərinin maskasını cırdı və onların çirkin simalarını şərəfli Azərbaycan xalqı üçün aşkar etdi. Azərbaycanın düşməninə qarşı hərbi əməliyyatlar aparılarkən, İrana qarşı da psixoloji təxribatçı əməliyyatlar aparılır. İranın bu həcmdə təbliğat hücumları və yalan və əsasən gülünc iddialarla üzləşməsi sual doğurur. İran və Azərbaycana qarşı olan bu psixoloji əməliyyatın mətbəxi haradır və kimlər tərəfindən idarə olunur? Şübhəsiz bu cür xəbərlərin əsas məqsədi iki ölkə arasında inkişafda olan münasibətlərin korlanması və düşmənlərin pis niyyətlərinə uyğun olaraq cəmiyyətdə panika yaratmaqdır. Onların məqsədləri, Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə köməkçisinin vurğuladığı kimi, hər iki ölkəyə xəyanətdir.

Biz İran və Azərbaycanın dost və qardaş olduqlarını bir daha vurğulayırıq və bu dostluq və qardaşlıq sonsuza qədər davam edəcək və heç kim onu poza bilməz. İranın Azərbaycan Respublikasının öz ərazilərinin işğaldan azad edilməsində və terrorizmlə mübarizədə dəstəyi davam edəcək. Səfirlik bu yalan və əsassız xəbərlərin yayımlanmasını qətiyyətlə rədd edir və bu əsassız şayiələrin səbəbkarlarını qınayır”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın