Çərşənbə , İyun 17 2026
azfa

Muğanda ağacları kəsilən Tutbağının qarşısında insan zənciri təşkil edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsinin İslamabad məntəqəsinin Tutbağı ərazisində yolun dörd zolaqlı edilməsi məqsədilə ağacların kəsilməsi əhalinin etirazına səbəb olub. Ağacların kəsilməsinə etiraz edən təbiətsevərlər və azərbaycanlı fəallar həmin Tutbağının qarşısında simvolik olaraq insan zənciri təşkil etməklə rejimin bu sahədə məsuliyyət daşıyan rəsmilərinə öz etirazlarını bildiriblər.

Qeyd edək ki, son günlərdə Muğanın İslamabadında Tutbağı adlanan ərazidə ağaclar kəsilib. Bu isə yolun dörd zolaqlı edilməsi ilə əlaqələndirilir. Lakin Muğanın təbiətsevərləri və azərbaycanlı fəallar mədəni və simvolik hərəkətlə həmin ərazidə insan zənciri təşkil etməklə təbiətin mühafizə edilməsinin zərurətini rəsmilərə başa salmağa çalışıblar.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …

Bir cavab yazın