Bazar ertəsi , May 11 2026
azfa

Müharibə nəticəsində baş verən dəyişikliklər Urmiya gölünün su həcmini xeyli artırıb

GADTB: Müharibənin davam etdiyi dövrdə və son yağışlardan sonra Urmiya gölünün su həcmi xeyli artıb. Bu da onu göstərir ki, yağıntılara mane olan süni qurğular olub və sıra onlar fəal olduğu dövrdə bölgəyə yağışlar az yağıb. Bu da göllərin, xüsusilə Urmiya gölünün qurumasına səbəb olub.

Artıq son günlər yağan yağışlardan sonra Urmiya gölündə su səviyyəsinin artdığı və gölün yenidən canlandığı müşahidə edilir.

Güney Azərbaycanın incisi sayılan Urmiya gölü hazırda həm yerli əhali, həm də İranın müxtəlif bölgələrindən gələn turistlər üçün cəlbedici məkana çevrilib.

Görüntülərdə göldə canlanmanın artdığı, təbiətin əvvəlki gözəlliyini qismən geri qazandığı diqqət çəkir.

Qeyd edək ki, Urmiya gölü uzun illərdir quruma təhlükəsi ilə üz-üzədir və son müharibə ilə ortadan qalxan bəzi xüsusi qurğularla yağıntı artıb. Bu da bölgədə ümidverici dəyişiklik kimi dəyərləndirilir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …