Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdiği şeirləri aşkar edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib. Bu nüsxələr şairin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.

105 vərəqdən ibarət birinci əlyazmanın başlığı “Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu “Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri vardır. Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun İctimaiyyətlə əlaqələr şöbəsi

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Bir cavab yazın