Çərşənbə axşamı , Aprel 29 2025
azfa

Nadir Qazipur türkləri təhqir edən Əli Yunisini kəskin tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti H.Ruhaninin etnik və dini azlıqların işi üzrə məsləhətçi Əli Yunisinin Antiazərbaycan mövqeyini açıq şəkildə ortaya qoyması və türkləri etməsi Azərbaycan türk milləti kimi, onların millət vəkillərinin də ciddi etirazına səbəb olub. Bu istiqamətdə Urmiyanın məclisdəki millət vəkili N.Qazipur Ruhaninin etniklər və dini azlıqların işi üzrə məsləhətçisi Əli Yunisinin antitürk açılqlamalarına reaksiya verərək deyib: “biz türklər icazə verməyəcəyik ki, hər yerindən duran əleyhimizə danışsın.”

Urmiyanın millət vəkili aprel ayının 23-də “Anac” Xəbər Agentliyinə verdiyi müsahibədə Ə.Yunisinin açıqlaması barədə deyib: “Əgər ölkənin rəhbəri uşaqlarınıza türk dili öyrədin deyirsə, o zaman Yunisi bu sözləri söyləməklə çox böyük səhv edib. İran əhalisinin təxminən 50 faizi türkdür. Elə bir vilayət yoxdur ki, orada azərbaycanlı yaşamasın. Ə.Yunisi yanlış yol tutub. Azərbaycanlılar artıq kimsənin təhqir etməsinə icazə verməyəcək. Ruhanidən də tələb edirik ki, məsləhətçisi Yunisinin pərdə arxasındakı mövqeyini görsün”.

Bundan öncə isə N.Qazipur Bəhadüri ilə birlikdə təxminən 50 türk millət vəkilinin Həsən Ruhaniyə ünvanladığı xəbərdarlıq məktubuna da yazılmışdı: “Ümid edirəm ki, problem daha da dərinləşmədən Yunisi bu xəbərdarlığa ciddi yanaşacaq və Ruhani də ona qarşı tədbir görəcək.”

Qeyd edək ki, Ruhaninin xüsusi məsləhətçisi Əli Yunisi irqçi farsların qəzeti olan “Qanun” qəzetinə müsahibəsində Azərbaycan türklərinin varlığını inkar edərək, Azərbaycan türklərini fars və kürdlərin doğma qardaşı adlandırmışdı. Yunisi bu açıqlaması ilə Güney Azərbaycanda türk millətini təhqir etmişdi.

 

Həmçinin yoxlayın

Muğanda azərbaycanlı ailə öz övladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı ailə öz pvladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir. …

Molla rerjimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kərim İsmailzadənin həyatı təhlükədədir. Azərbaycanın tanınmış hüquqşünas …

Bir cavab yazın