NATO gəmiləri Türkiyə gəmilərinin müşayiətilə Qara dənizə daxil oldu – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Niderlandın “Evertsen” esminesi, Kanadanın “Toronto” və İspaniyanın “Santa Mariya” freqatları İstanbul boğazından keçərək, Qara dənizə daxil olub.

Axar.az DHA-ya istinadla xəbər verir ki, yol boyu onları Türkiyə gəmisi müşayiət edib.

Fransanın “Var” tankeri də hərbi gəmilər qrupu ilə birgə İstanbula gəlib, amma hələ Qara dənizə daxil olmayıb.

NATO dənizçiləri Ukrayna və Gürcüstan hərbçiləri ilə birgə “Dəniz qalxanı” (Sea Shield) təlimində iştirak edəcəklər.

Qeyd edək ki, bundan öncə ispan və fransız freqatlarının 1 apreldə Odessada olacağı bildirilmişdi.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın