Bazar ertəsi , Sentyabr 7 2026
azfa

NATO Türkiyənin haqlı mövqeyini dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyənin tələbi ilə keçirilən NATO-nun fövqəladə toplantısı başa çatıb.

1 saat 10 dəqiqə davam edən tədbirdə çıxış edən NATO baş katibi Jens Stoltenberq Türkiyəyə dəstək verəcəklərini açıqlayıb.

“Müttəfiqlər Türkiyənin dünən gecə İdlibdə hücuma məruz qalması və itkilər verməsindən narahatdır. Biz bu hücumu qınayırıq. Hücumu Bəşər Əsəd gücləri həyata keçirib. Hücumun dayandırılmasını, beynəlxalq hüquqa əməl edilməsini və BMT-nin dəstəklədiyi sülh prosesinin davam etməsini istəyirik. 2018-ci ildə əldə edilmiş atəşkəsə əməl edilməlidir. Əməl edilməsə, humanitar böhran daha da pisləşəcək. Hazırda İdlibdə qalanlar üçün vəziyyət pisdir. NATO Türkiyənin yanındadır, Türkiyə bizim çox qiymətli müttəfiqimizdir”, – baş katib bildirib.

J.Stoltenberq NATO-nun qəbul etdiyi qərarı açıqlayıb.

“NATO-nun qərarına görə Türkiyəyə dəstəyi müxtəlif istiqamətlərdə olacaq. Bunlardan biri hava yolları ilə bağlıdır. Bu da Suriyadan gələn hava hücumlarının qarşısını alacaq. Bununla yanaşı, NATO cənub-şərq sərhədini qorumağa davam edəcək”, – o bildirib.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Bir cavab yazın