Çərşənbə , İyun 10 2026
azfa

Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il Türk Dünyasının paytaxtıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il yanvarın 1-dən türk dünyasının mədəniyyət paytaxtıdır.

Bu haqda qərar ötən ilin sonunda Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub.

Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub.

Xivə şəhərindəki nəhəng İçan-Qala kompleksini gil divarlar əhatə edir. Bu divarların uzunluğu 2,5 km, hündürlüyü 10 metrdən çoxdur. Xivə ətrafındakı divarların tikilmə tarixi V əsrə aid edilir. Hazırda İçan-Qalada ənənəvi üslubda tikilən 400-dən çox ev var və burada indi də insanlar yaşayır. İçan-Qala UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və burada 60-dan artıq tarixi abidə qeydə alınıb

Həmçinin yoxlayın

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …

Bir cavab yazın