Şənbə , İyun 13 2026
azfa

Pakistan ordusu İrana zərbələri endirdi

GADTB: Pakistan İran ərazisinə zərbələr endirib. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb.

Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda “Marg Bar Sarmachar” əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.

Bu gecə Pakistan ordusu İran-Pakistan sərhədində və İran ərazisində “bəluc hərbiləşdirilmiş qrupları”nın mövqelərinə hücum edib. Qeyd olunur ki, ordu İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Saravan şəhərinə enən raket və pilotsuz təyyarələrdən istifadə edib. 7 nəfərin öldüyü bildirilir.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …