Çərşənbə axşamı , İyun 25 2024
azfa

Paşa Əsədov: Qara keşiş nəsli (xv-xıx). Şəki xanları Alban (qıpçak) soyludur

GADTB: XIX əsrdə tərtib olunmuş Şəki xanlarının nəsil şəcərələrində Şəki xanlarının soy kökü ənənəvi olaraq albanlı Qara keşişə aparılıb çıxarılmış və Qara Keşişin oğlu Candarın 1444-cü ildə islam dinini qəbul edərək Şəki xanı olması göstərilmişdir. Lakin bu şəcərələrdə adları çəkilən ilk 4 nəfərin (Qara keşiş, Əlican xan, Qutul xan və Zəki xanın) adlarına digər tarixi ədəbiyyatda təsadüf edilmir. Əvəzində Həsən bəy Rumlu Əli inaq və Əbdülqafar adlı Şəki hakimlərinin, bir ermənicə mənbə isə Şahhüseyn adlı Şəki hakiminin adını çəkir. İsgəndər bəy Münşi isə Həsən sultanın Şirvanşahlar xanədanından olduğunu vurğulayır. Sonda onu da qeyd edim ki, elarasında Kiş, Zəyzid, Küngüt və Vərəzət kəndlərinin əhalisi çox vaxt bir-birinə zarafatca “Ay qara keşişin nəvəsi” deyə xitab edirlər.

Qara keşişin şəcərəsi:

Qara keşiş

Əlican xan (Candar)

Qutul xan

Zəki xan

Həsən sultan

Dərviş Məhəmməd xan

Şahnəzər

Baqi bəy

II Əlican

Əsgər bəy

Allahverdi bəy

III Əlican

Əhməd xan

Qurban bəy

Hacı Şeyxəli bəy

Hacı Çələbi xan

Həmçinin yoxlayın

Güney Azərbaycanın Qəzvin bölgəsində avtomobil şirkətinin aldadılmış səhmdarları etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Qəzvin bölgəsində müflis olmuş “Rezayət …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …