Bazar , Sentyabr 19 2021
azfa

Perspolisin irqçi fars tərəfdarlarının Azərbaycanı təhqir etmələrinə etirazlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Perspolisin irqçi fars tərəfdarlarının Azərbaycanı təhqir etmələri və erməni işğalçılarını dəstəkləmələrinə qarşı etirazlar davam edir. Xüsusilə Güney Azərbaycanda ictimai rəyin təzyiqi ilə Güney Azərbaycan şəhərlərinin millət vəkilləri irqçi farsların Azərbaycana qarşı təhqiramiz hərəkətlərinə etiraz ediblər.

Bostanabadın millət vəkili Məhəmməd Vəhdəti Həlan deyib ki, Azərbaycan böyük millətinə qarşı təhqir qəbuledilməzdir. O belə təhqiramiz hərəkətlərlə bağlı xəbərdarlıq edib.

Təbriz, Tufarqan və Uskünün millət vəkili Zəhra Sai isə stadionda qondarma “Artsax” yazılmış parçanın nümayiş etdirilməsini kəskin qınayayaraq deyib:  “Belə işlər milli birliyə qarşı yönəlib. Bu bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və İdman nazirindən istəyəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracam”.

Zəhra Sai “Perspolis”in şovinist fars tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlərlə bağlı deyib: “Mərkəzi şəhəri Təbriz olan Azərbaycan İranın həssas dönəmlərində xüsusi rol oynayıb. Bu, inqilab dönəmi və 8 illik müharibə zamanı da belə olub.  Azərbaycan idman sahəsində də böyük uğurlara imza atıb. “Traxtur” klubu həmin uğurların bir nümunəsidir. Rəhbərin dediyi kimi, “Azərbaycan İranın başıdır” və hər zaman İrana xidmət edib. Hətta iqtisadi və mədəni sahələrdə də öncül olub. Azərbaycan İranda şiəliyin də beşiyidir. Bütün hallarda ölkədə qövmləri aşağılamaq qəbuledilməzdir, bu böyük Azərbaycan millətinə də şamildir”.

Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad isə qondarma “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsini irqçilikdən irəli gəldiyini deyib.

Ərdəbil şəhərinin məclisdəki millət vəkili Məhəmməd Feyzi Tehranın Azadi stadionunda “Perspolis” tərəfdarlarının Azərbaycan türk millətinin ünvanına səsləndirdikləri şüar və söyüşlər, həmçinin işğalçı Ermənistana dəstək nümayiş etdirmələrini pisləyib.

O deyib: “Qəhraman Azərbaycanın hər zaman nümayiş etdirdiyi cəsarət və Ərdəbil övladlarının son 500 ildə ölkənin ərazi bütövlüyü uğrundakı fədakarlıqları, həmçinin son müharibə dövründəki canfəşanlıqlarını xatırladaraq Azərbaycanın cəsarətli övladlarının hörmətlərinin qorunub saxlanılmasına təkid edirəm. Milli təhlükəsizliyə xələl gətirənlərə, həmçinin hər zaman Azərbaycanın olan və İranın mədəniyyət hövzəsində yerləşən Dağlıq Qarabağ və Fars Körfəzinin adının qorunub saxlanmasına, eləcə də “Traxtur”-“Perspoplis” görüşündə baş verən hadisələrə diqqət yetirməklə bağlı Gənclər və İdman Nazirliyinə xəbərdarlıq edirəm”.

Həmçinin yoxlayın

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …

Ermənistana yardım edən İran Araz qırağına qoşun yeridərək hərbi təlim keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı Ermənistana hərbi yardım edən İran Araz …

Bir cavab yazın