Çərşənbə axşamı , May 26 2026
azfa

Qərbi Azərbaycana təyin edilən kürd vali yerli əhalini yox, mühacir kürləri təmsil edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tərəfindən Azərbaycan türk millətinin etirazına baxmayaraq, Qərbi Azərbaycana təyin edilən kürd vali vilayətin əhalisini təmsil edib, onların hüququnu müdafiə etmək yerinə İraqdan köçürülən kürdlərin hüquqnu müdafiə edir.

Məlumata görə, Qərbi Azərbaycana təyin edilən kürd vali Şəhriyarı ilk mətbuat konfransında mühacir İraq kürdlərinə vilayətdə vəzifə verilməli olduğunu iddia edib. Şəhriyarı həmçinin təmsil etdiyi vilayətin əhalisi yəni Azərbaycan türklərinin dilini himayə etmək yerinə, kürd dilində təhsil məsələsini gündəmə gətirib.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanın etnik tərkibini dəyişmək üçün zaman-zaman məqsədli şəkildə İraqdan və s. bölgələrdən kürdləri Qərbi Azərbaycana köçürüb. İndi isə kürd vali təyin etməklə bu bölgədə Azərbaycan üçün ikinci Qarabağı planını həyata keçirmək istəyir.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın