Çərşənbə axşamı , May 26 2026
azfa

Qərbi Azərbaycanın Kürdüstanlaşdırma prosesində Azərbaycan Mədəniyyət Ocağına təzyiqlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Qərbi Azərbaycana kürd vali təyin etməklə Azərbaycanın bu bölgəsinin Kürdüstanlaşdırma prosesini sürətləndirmişdir. Bu istiqamətdə artıq türk düşmənliyi Qərbi Azərbaycan vilayətində artmış və hətta Azərbaycan türklərinin qanuni fəaliyyət göstərən mədəniyyət müəssisələri də qapadılmaqdadır. İrqçi fars rejiminin kürd terrorçuları ilə birlikdə Azərbaycan türklərinə qarşı bu antitürk və qeyri-insani hərəkəti istiqamətində Azərbaycan Mədəniyyət Ocağının fəaliyyəti məhdudlaşdırılıb.

Məlumata görə, qanuni lisenziya ilə azərbaycanlı milli-mədəni fəal Siyavuş Süleymaninin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının fəaliyyəti artıq rejimin və kürd terrorçularının əlaltısına çevrilən Urmiya icra hakimi tərəfindən ləğv edilməkdədir.

Qeyd edək ki, irqçi fars rejimi məqsədli şəkildə bir neçə onillikdə İraqdan kürdləri Qərbi Azərbaycan vilayətinə köçürməklə bu bölgədə demoqrafik dəyişikliyə nail olmaağa və Azərbaycanın böyük bir hissəsini ayırıb Kürdüstan yaratmağa çalışıb. H.Ruhaninin hakimiyyətə gəlməsi ilə bu proses kəskin şəkildə sürətlənib və artıq bu bölgəyə kürd vali təyin edilib və idarəçiliyin kürdlərə verilməsi ilə II Qarabağ faciəsi Azərbaycanın başına gətirməkdədirlər.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın