Qarabağ, Bayırbucaq və uyğur müsəlman türklərini himayə edən Əkbər Cahangiri həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, özünü müsəlmanların himayəçisi kimi qələmə verən irqçi fars rejimi azərbaycanlı milli mədəni fəal Əkbər Cahangirini  Qarabağ, Bayırbucaq və uyğur müsəlman türklərini himayə etdiyi üçün həbs edib. Cahangiri artıq 4 aylıq həbs müddətini keçirmək üçün Əhər şəhərinin zindanına salınmışdır.

Qeyd edək ki, azərbaycanlı milli mədəni fəal Əkbər Cahangiri 2016-cı ildə Ramazan ayının son cümə günü yəni irqçi rejimin təyin etdiyi “Qüds Günü”ndə irqçi fars rejimin müsəlmanlara qarşı ikili standart tətbiq etdiyi və Qarabağ, Bayırbucaq və uyğur müsəlman türklərinin öldürülməsinə susmasına etiraz etmişdir. Fəal rejimin əmniyyət qüvvələri tərəfindən yaxalanmış və daha sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır. Fəala müsəlmanları himayə etdiyi üçün irqçi fars rejimi 4 ay həbs cəzası vermişdir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın