Çərşənbə axşamı , May 26 2026
azfa

Qarabağa görə fars rejimin həbs etdiyi azərbaycanlı fəal Həmid Səqətidən yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ ərazisini ermənilərin işğal etməsini əhaliyə çatdırdığı üçün irqçi və işğalçı fars rejimi tərəfindən həbs edilən azərbaycanlı milli-mədəni fəal Həmid Səqəti 4 aylıq həbs cəzasını çəkdikdən sonra azadlığa çəxəb.

Ərdəbil sakini olan fəalın irqçi fars rejimin Təbrizdə yerləşən Zindanından avqust ayının 26-da sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2016-cı ildə daha 5 azərbaycanlı milli-mədəni fəalla birlikdə Dağlıq Qarabağ problemini əhaliyə izah etməyə və ermənilərin Qarabağda törətdikləri cinayətləri ifşa etməyə çalışdığı üçün irqçi fars rejimin ETTELAAT İdarəsi tərəfindən yaxalanmışdır.

Yaxalanan fəallardan Mehdi Əmirinəjad 2 il həbsə, eləcə də Babək Avənd, Həmid Səqəti və İsmayıl Fəximi hər biri 4 ay həbs cəzasına məhkum edilmişdi. Fəallar rejimin iddiasına görə “GAMO” adlı təşkilata üzv olmaqda günahlandırılıb.

Azərbaycanlı fəal və yazıçı Həbib Sasanian isə GAMO-nun rəhbəri qismində qiyabi şəkildə 15 il həbsə məhkum edilmişdir. Lakin lazımi dəlil və sübutlarla günahsız olduğunu sübut etsə də apelyasiya məhkəməsi onun həbsini 9 ilə endirib. Hazırda H.Sasanian Ali Məhkəməyə müraciət edib və Ali Məhkəmənin qərarını gözləyir.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın