Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Qaraqoyunlu əmiri – Əmir Səədin İrəvandakı məqbərəsi

GADTB: Ermənistanın Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand), qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbə, 1413-cü ildə tikilmişdir. Türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilmişdir.

Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyin və Əmir Səədin (1411 – ci ildə vəfat etmişdir) adları çəkilmişdir. Kitabədə yazılıb:

“Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allah … Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən , dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir-Hüseyn əmri ilə hicri 816 – cı il rəcəb ayının 15 – də (miladi 1413 – cü il, 11 oktyabr[10]) ucaldıldı… Allahın rəhmi ona olsun … Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində … Allah onların gücünü əbədi etsin!”

Tarix: səkkiz yüz on altıncı, Rəcəbin on beşinci ayı “15 Rəcəb 816 x, 11.X 1413

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …