Cümə , Aprel 19 2024
azfa

Qaraquşdan Afrinlə bağlı qarayaxmalara sərt cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin Afrinlə bağlı yanlış narahatçılığına Türkiyə sərt cavab verib. Türkiyəndə ehtiyatda olan general-leytenantı Ərdoğan Qaraquş deyib ki, bizdə 4 milyon suriyalı olduğu vaxtda BMT çıxıb insan haqları ilə bağlı danışır. BMT əvvəlcə öz vəzifəsini yerin yetirsin.

Ərdoğan Qaraquş bu sözləri BMT-nin Afrindəki əməliyyatlarda mülki vətəndaşların ölməsi ilə bağlı verdiyi açıqlama haqqında danışan deyib. O bildirib ki, BMT bu günə qədər vəzifəsini yerinə yetirsəydi, PKK Afrini ələ keçirməzdi:

“Afrin əvvəllər terrorçuların əlindəydimi? Deyildi. Müxalif qrupların əlindəydi. Amma sonra PKK oranı ələ keçirdi və 200 min insan Afrini tərk etmək məcburiyyətində qaldı. İndi oranı tərk edənlərin hamısı Türkiyədədir”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 58-ci günündə Afrin terrorçulardan təmizlənib. Afrində mülki şəxslərə və yaşayış binalarına heç bir ziyan dəymədiyini təsdiqləyən görüntülər olduğu halda, BMT açıqlama verərək, türk ordusunun havadan və qurudan təşkil etdiyi hücumlar zamanı Afrində çox sayda mülki vətəndaşın öldüyünü və yaralandığını bildirib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın