Qaşqay türklərinin yaşadığı Yasucda güclü zəlzələ baş verib

Qaşqay türklərinin də yaşadığı Yasuç şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yaralananların sayı artaraq 84-ə çatıb. Dena dağında uçqun nəticəsində yarıköçərilərin ölüb və yayaralanması ehtimal olunur.

Məlumata görə may ayının 2-də yerli vaxtla sübh saat 08:38 radələrində, 5,2 bal gücündə zəlzələ Kohkiluye və Boyer Əhməd vilayətinin mərkəzi olan Yasuc şəhərinin yaxınlığındakı Sisəxt məntəqəsində baş verib.

Zəlzələnin ocağı, Yasuc şəhərinin 19  kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb. Zəlzələ, ətraf şəhər və kəndlərində də hiss olunub. Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəlib, ən azı 84 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zəlzələ, bəzi məntəqələrdə telefon, qaz, işıq və su xətlərinin sıradan çıxmasına səbəb olub. Bölgəyə xilasedici qüvvələrin cəlb edildiyi bildirilir.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın