Cümə , Sentyabr 25 2026
azfa

Qaşqay türklərinin görkəmli musiqiçisi Furud Qorginpur vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin görkəmli musiqiçisi, skripka və kamança ifaçısı Furud Qorginpur dünyasını dəyişib.

Musiqi ustadının 2019-cu ilin son günündə Tehranda ürək tutmasından vəfat etdiyi bildirilir.

Furud Qorginpur uşaqlıq yaşlarında akkordeon öyrənməklə musiqi sənətinə qədəm qoyub və 1975-ci ildə Tehran Universitetində musiqi üzrə təhsilini bitirdikdən sonra kamança ifa etməyə başlayıb. Sonrakı illərdə ölkə daxilində keçirilən festivallarda kamança və skripkada solo ifaçısı kimi birinci yerə layiq görülüb.

Ustad Furudun həyat yoldaşı Əfanə Cahangiri də Qaşqay türklərinin məşhur müğənnilərdəndir.

Mərhum Furud Qorginpurun atası Həbib setar ifaçısı olub. Həbibin Mustafa, Furud, Fərhad və Pəriçöhr adlı 4 övladı olub. Həbib Qorqinpurun bütün övladları musiqiçi olublar.

Furudun qardaşı Fərhad Qorginpur ötən ilin noyabr ayında Şirazda vəfat etmişdi.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın