Cümə axşamı , May 21 2026
azfa

Qazaxıstan Çindən Şərqi Türküstandakı qazax türklərini sərbəst buraxmağı istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstanın Xarici İşlər Nazirliyi Çin hökumətindən istəyib ki, bu ölkədəki qazax türklərinin istəyinə baxsın.

Qazaxıstanın xarici işlər naziri Muxtar Karibay paytaxt Nur-Sultanda jurnalistlərə deyib ki, onlarca qazax artıq bir aydır Almatıdakı Çin konsulluğunun qarşısında piket keçirir.

Onlar Çinin Şərqi Türküstan muxtar vilayətində saxlanan yaxınlarının azad olunmasını xahiş edirlər.

Nazirin sözlərinə görə, o da Çinin diqqətini qazaxların probleminə cəlb edib:

“Biz Çin tərəfini bu adamlarla görüşməyi və onların şikayətlərinə baxmağa çağırdıq ki, Çin səfirliyinin qarşısındakı gündəlik piketlərə də son qoyulsun”.

Karibay bunu da deyib ki, bəzi oturaqlıq almış Qazaxıstan vətəndaşları və ya Çinin etnik qazax vətəndaşları Çində Sintzyan (Şərqi Türküstan) vilayətini tərk edə bilməyən doğmalarından narahatdırlar.

Lakin nazir əlavə edib ki, belə adamların 90 faizi artıq Qazaxıstana qayıdıb:

“Biz belə bir beynəlxalq normaya əməl edirik ki, bir ölkə başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır. Lakin burası da var ki, başqa bir beynəlxalq norma yaxın qohumların bir-birindən ayrı salınmasını qadağan edir”.

Nazirin sözlərinə görə hazırda Sintzyanda (Şərqi Türküstanda) doğmaları ilə qovuşa bilməyən 5-6 nəfər qalıb və onların hamısı Çin vətəndaşlarıdır.

Karibayın sözlərinə görə bir sıra medialar bu şəxslərin Çində qanunu pozduqlarını bildirirlər və bu səbəbdən onların problemi daha uzun sürə bilər.

Qeyd edək ki, Çin kommunist rejimi işğal etdiyi Şərqi Türküstanda 3 çmilyon türkü toplama kameralarında həbs edib, uyğur və qazax türklərinə qarşı soyqırım törədir.

Həmçinin yoxlayın

İrana qarşı hərbi əməliyyatlardan sonra Çinlə ticarət ikinci ay ardıcıl kəskin azalıb

GADTB: Çin gömrük statistikasına əsasən, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarının başlamasından sonra …

Sayın Mikayil bəy Oytanın Sidneydə keçirilən 19 Mayıs Atatürkü Anma, Gənçlik və Spor bayramında çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Avstraliyanın Sidney şəhərində 19 Mayıs Atatürkü Anma, Gənçlik …