Cümə axşamı , May 14 2026
azfa

Qazipur irqçi fars rejiminin türklərə yox ermənilərə mitinq icazəsi verməsini tənqid etdi

az

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Nadir qazipur irqçi fars rejiminin ermənilərə türkə qarşı mitinq keçirməyə icazə verdiyini kəskin tənqid edib.

Məclisdə İşçi Fraksiyasının üzvü olan Qazipur deyib: “Ermənilərə mitinq icazə verirlər, biz türklərə icazə vermirlər, heç olmasa işçilərə mitinq icazəsi verin”.

Qazipur konstitusiyanın 27-ci maddəsində toplaşma sərbəstliyinə toxunaraq deyib ki, İşçilər Fraksiyası işçilərə toplaşma icazəsi verilməsini tələb edir.

Qazipurun bu haqlı iradı qarşısında irqçi fars rejimi məclisinin rəis müavini Əli Mütəhhəri bəhanə gətirərək onun bu haqlı iradını rədd edərək deyib ki, sizin xəbərdarlığınızı bizim bugünkü mövzumsuza aidiyyəti yoxdur.

Qeyd edək ki, antitürk fars rejimi Azərbaycan türklərinə Xocalı soyaqırımının pislənməsi üçün toplanmasına icazə vermədiyi halda türkə qarşı ermənilərin mitinqinə icazə verir və hətta onları təşkilatlandırır.

Həmçinin yoxlayın

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıqlar apardığı bildirilir

GADTB: Çin şirkətlərinin İranla gizli silah satışı barədə danışıq aparıb və bunun gizli qalması üçün …

Bir cavab yazın