Cümə axşamı , May 21 2026
azfa

Qeyri-fars Millətlər Cəbhəsi Avropa Parlamenti rəsmiləri ilə görüşəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qeyri-fars Millətlər Cəbhəsi aprelin 27-də Brüsseldə konfrans keçirəcək. İranda yaşayan millətlərin istəkləri və onların fars rejiminə qarşı mübarizələri baradə Avropa Parlamentinin rəsmiləri ilə müzakirələr nəzərdə tutulub.

Bu sözləri Axar.az-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.

O bildirib ki, konfransda İranda hazırki rejimin çöküşündən sonra qurulacaq sistemin planı açıqlanacaq:

“32 maddədən ibarət geniş platforma hazırlanıb. Platformaya qoşulan 11 partiyadan 3-ü Azərbaycan təşkilatıdır. Bu proqramda İran İslam Respublikasının çöküşü, onun ardından yaranacaq müvəqqəti dövlətlərin təşkili ətraflı şəkildə izah olunub. Beynəlxalq qurumların nəzarəti ilə seçkilərin keçirilməsi prosesi, nəticələr və büdcənin düzgün paylaşılması kimi məsələlər də sənəddə öz əksini tapıb. Onu orada açıqlayacayıq. Bu platformaya cəhbə xaricində digər xalqların istiqlalçı partiyalarının nümayəndələri də imza atıblar”.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı …