Çərşənbə axşamı , İyun 18 2024
azfa

Rəisi: “İran Ermənistanla hərtərəfli əlaqələri inkişaf etdirməyə hazırdır”

GADTB: İran prezidenti işğalçı Ermənistanın yüksək vəzifəli rəsmilərinə ünvanlandığı məktubda Tehran-İrəvan əlaqələrinin inkişafının vacibliyini vurğulayıb.

İranın “Econews” saytının xəbərinə görə, İbrahim Rəisi çərşənbə günü Ermənistanın Müstəqillik Günü münasibətilə göndərdiyi məktubda bu ölkənin prezidentini və baş nazirini təbrik edib.

Məlumata əsasən, o, İran İslam Respublikasının Cənubi Qafqaz ölkələri, o cümlədən işğalçı Ermənistanla əlaqələrə xüsusi önəm verdiyinə işarə edib.

Qonşu ölkələrin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində İran İslam Respublikasının prinsipial yanaşmasını bir daha vurğulayan Rəisi, tərəfləri maraqlandıran məsələlər ətrafında davamlı məsləhətləşmələrin aparılmasını zəruri hesab edib.

İran prezidenti erməni həmkarı Vahaqn Xaçaturyana göndərdiyi ayrı məktubda ortaq mədəniyyət və tarixə malik İran və Ermənistan xalqlarının daim bir-birinin yanında yüksəliş və inkişaf yolu keçdiyini bildirib.

O, ümidvar olduğunu bildirib ki, gələcəkdə çoxillik əlaqələrə və mehriban qonşuluğa əsaslanaraq, hərtərəfli əlaqələr iki ölkənin mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcək.

Qeyd edək ki, daim İslam həmrəyliyindən və ölkələrin ərazi bütövlüyünün qorunmasından ağız dolusu və riyakarcasına dəm vuran Tehran rejimi 30 il boyunca Ermənistan tərəfindən Qarabağın işğal altında saxlanmasına və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün pozulmasına həmişə səssiz qalıb. / Azad İran

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …