Cümə , İyun 12 2026
azfa

Rejim azərbaycanlı fəal və idmançı Kərim Boksoru həbsdə xətəxanalıq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETEELAAT İdarəsi həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadəninin (Kərim Boksor) ürək dərmanlarının verməməsi və ona ailəsilə əlaqə saxlamasına icazə vermədikləri üçün aclıq aksiyası keçirib. Nəticədə fəalın sağlı vəziyyəti pisləşib və o Əlqədir xəstəxanasında yatızdırılıb.

Azərbaycanlı fəal hazırda ürək çatışmazlığından əziyyət çəkir və kəsin şəkildə çəki itirib.

İrqçi fars rejim azərbaycanlı fəalın sağlamlığını ciddi şəkildə təhlükəyə salıb və fəalın sağlığının təhlükəyə düşməsinə bir başa rejim cavabdehdir.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı fəalı sonuncu dəfə aprelin 27-də yaxalayıb.  

Azərbaycanlı fəal irqçi fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirmək məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında şərlənərək ictimai rəyi təhriketmə ittihamı ilə ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmış və bir neçə gün sonra zaminə buraxılmışdır.

Rejimin azərbaycanlı fəalı yaxalamasının əsas məqsədi onun Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsinə mane olmaqdır. O son günlərdə korona xəstəliyi ilə bağlı yoxsul ailələrə ərzaq yardımı paylamışdır. Bu da rejimin xüsusi qəzəbinə səbəb olmuşdur.

Həmçinin yoxlayın

Dünya Bankı İran müharibəsi səbəbindən iqtisadi artımın ən zəif səviyyəyə enəcəyi barədə xəbərdarlıq edib

GADTB: Dünya Bankı hazırda davam edən İran müharibəsinin qlobal iqtisadi artımı COVID-19 pandemiyasından bəri ən …

Qərbi Azərbaycanda elektrik çatışmazlığı nəticəsində 208 idarə işıqsız qalıb

GADTB: İranda elektrik çatışmazlığı böhranının yenidən başlaması ilə eyni vaxtda Qərbi Azərbaycan əyalətində 208 idarəyə …

Bir cavab yazın