Cümə axşamı , Aprel 25 2024
azfa

Rejim günahı olmadığı üçün bəraət almış fəalları yenidən apelyasiya məhkıməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim uzun müddət mühakimədən sonra bəraət almış 3 azəbaycanlı fəal Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari Rəufi apelyasiya məhkəməsinə çağırıb.

Rejimin təhlükəsizlik orqanları bəraət almış fəalları qəsdən cəzalandırmaq məqsədilə məhkəmə hökmünü ləğv edib və bu məqsədlə rejimin Urmiyada yerləşən prokurorunun müavini fəallara qarşı guya “qanunsuz mərasimdə iştirak etməklə ümumi asayişi pozmaq  və təriqətə bağlı olmalarına dair sənəd olması ittihamı ilə rejimin Urmiyada yerləşən ümumi və inqilab məhkəməsinə çağrılıblar. Fəallar oktyabrın 9-da məhkəməyə müraciət etməlidirlər. Rejimin Azərbaycandayerləşən manqurd və xain rəsmiləri azərbaycanlı fəalların özləri kimi satqın olmuyub milləti və vətənlərini sevmələrinə görə onlara təriqətə bağlılıq ittihamı irəli sürüblər.

Qeydedək ki, Əmir Səttarinin atası bir neçəay öncə oğlunun yaxalanması ilə əlaqədar girov qoyduğu vəsiqəni qaytarmaq məqsədilə Sulduzda məhkəməyə müraciət edib. Lakin ona məhkəmədən deyiblər ki, ETTELAAT-ın təzyiqi ilə bəraət qərarı ləğv edilib və hər üç fəal yenidən məhkəməyə çağrılacaq.

Azərbaucanlı fəallar Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda 2006-cı ildə Milli Qiyam zamanı öldürülmüş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün  buraxılsa da Ulduz Qasimi, Cavad Əhmədi Yekanlı və Əmir Səttari bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Yanvarın 16-da mədəni fəaliyyətinə görə hazırda Təbriz zindanında 7 aylıq həbs cəzasını çəkməkdə olan Əmir Səttariyə məhkəmə iclasına qatılmaq icazəsi verilməmişdir.

Azərbaycanlı fəal Ulduz Qasimi isə 2018-ci il noyabrın 10-da rejimin Sulduzda yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 1 il həbs cəzasına məhkum edilib. Məhkəmə hökmü daha sonra həbs cəzasını 50 milyon rial cərimə ilə dəyişdirib.

Azərbaycanlı fəallar daha sonra günahsız olduqları üçün bəraət almışdılar.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın