GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Tikantəpə (Tekab) bölgəsində müstəmləkəçi formasında mədənləri talayıb aparır. Nəticədə isə ekoloji fəlakət meydana gəlib və beləliklə rejim əhalini öz yurd-yuvasından didərgin salmağa məcbur edib.
Hazırda Günbəd və Birincə kəndlərində rejimin himayəsi ilə fəaliyyət göstərən daş mədənləri əhalini öz evləri və kəndlərindən didərgin salıb.
Güney Azərbaycanın Günbəd kəndində daş istehsal edən zavodun 25 illik fəaliyyəti nəticəsində məntəqənin təbii sərvətlərinə ciddi şəkildə ziyan dəyib. Həmçinin müstəmləkəçi kimi yeraltı sərvətləri talamaq bölgədə ekoloji fəlakətə səbəb olmuşdur.
Güney Azərbaycanın həmin mədəninə fars sahibkar Həci Bağır Məhəmmədi yeyələnib. Məhəmmədi lobbiçiliklə Birincə kəndinin yuxarısında başqa bir mədəni qeydiyyatdan keçirib və 8 ildən çoxdur ki, burada qeyri-standart metodlarla daş istehsal edir.
Həmin fars bölgələrindən gətirilmiş sahibkar daş istehsal edən zavodu qanunsuz şəkildə kənddən 500 metrlik məsafə saxlamadan tikib və nəticədədə mədənin tozu külək vasitəsilə kəndin otlaqları, bağları və əkinçilik sahələrini yarasız vəziyyətə salıb. Bu toz həmçinin Kənd əhalisində kəskin tənəffüs problemlərinə səbəb olub.
Həmin əcnəbinin ələ keçirdiyi daş mədəninin törətdiyi ekoloji fəlakət nəticəsində Birincə kəndnin əhalisi evlərini tərk edərək, öz yurd-yuvalarından didərgin düşməyə məcbur olublar. Hazırda 20 ailədən təkcə 4 ailə çətinliklə kənddə qala biliblər.