Bazar ertəsi , May 25 2026
azfa

Rejim Tikantəpədə terrorçu simvolu quraşdırılmasına etiraz edən sakinləri cərimələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Tikantəpə (Tekab) şəhərində yerli olmayan kürdlərin PJAK terror təşkilatının simvolunu şəhərin mərkəzində quraşdırılmasına etiraz edən şəhər əhalisi azərbaycanlıları cəzalandırıb. Rejimin Kürdüstandan həmin Azərbaycan şəhərin təyin etdiyi bələdiyyə başçısı Naseh Məhəmmədxaninin şikayəti əsasında məhkəməyə çağırılan 9 tikantəpəli azərbaycanlı cəriməyə məhkum edilib.

Həmin şəhər əhalisi şəhərlərində “Pejak” terror qruplaşmasının simvolunu heykəl şəklində quraşdırılmasına etiraz etdikləri üçün qeyri-yerli və kürd bələdiyyə başçısının qəzəbinə tuş gələrək məhkəməyə verilmişdir.

Azərbaycanlı sakinlər Saib Nəhavəndi Tikantəpə, Abdulla Əflaki, Vəhid Sədri, Nəvvab Cahani, Əli Hidayəti, Hadi Şəhbazi, Yavərəli Qəmərniya, Ramin Rzayi və Məcid Zahidpur rejimin Tikantəpədəki Cinayət Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 100 min tümən cəriməyə məhkum ediliblər.

Rejimin məhkəməsi həmin şəhər sakinlərini ictimai nizam-intizamı pozmaq ittihamından bəraət verərək, onları guya bələdiyyə başçısını təhqir etməkdə təqsirli bilib.

Qeyd edək ki, irqçi fars rejim hər zaman Azərbaycana qarşı terrorçuları dəstəkləyib və Azərbaycanı terror yuvasına çevirib kürdləşdirmək üçün əlindən gələni əsirgəmir.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …

Bir cavab yazın