GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiyada noyabr etirazlarında yaxaladığı 6 azərbaycanlı fəalı cəzalandırıb. rejimin Urmiyada yerləşən 2 saylı Cinayət Məhkəməsinin 101-ci şöbəsi dünən noyabr etirazlarında Urmiyada yaxaladığı 6 azərbaycanlı fəal barəsində hökm çıxarıb.
Azərbaycanlı fəallar Keyvan Paşayi, Əli Əzizi, Əmin Zare, Salar Tahir Əfşar, Elyar Hüseynzadə və Yasin Həsənpur şərlənərək “Qanunsuz yoplanmaq və küçəni bağlamaqla ictimai asayişi pozmaq” ittihamı ilə qarşılaşmış. Bundan əlavə Elyar Hüseynzadə və Yasin Həsənpur “Yanacaqdoldurma məntəqəsini dağıtmaq və virtual məkanda film yaymaq” ittihamı ilə də qarşılaşmışdıar. Lakin ittihamı sübut edən dəlil yetərsiz olduğu üçün onlara bəraət verilib.
İslam Cəza Qanunlarının 618-ci maddəsinə istinadən fəalların 8 ay həbsi 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsi ilədəyişdirilmişdir.
Hakim xüsusi şikayətçi olmadığını, müttəhimlərin bundan əvvəl məhkumluq qərarı olmadığını və hökumətin iqtisadi siyasətini islah etmək məqsədi güddüklərini nəzərə alaraq Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Əfşar barəsində çıxarılan qərarın icrasını 3 il müddətinə təxirə salıb. Son adı çəkilən fəallar məhkəmə prosesində iştirak edib, hökmlə bağlı 20 gün ərzində Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinə şikayət edilə bilər.
Azərbaycanlı fəallar Əli Əzizi və Elyar Hüseynzadə barəsində isə qiyabi qərar çıxarılıb. Etiraz olacağı təqdirdə hökmə birinci instansiya məhkəməsində yenidən baxıla bilər. Əli Əzizi Təbrizdə rejimin Mərkəzi Zindanında həbsdə olduğu üçün keçirilən məhkəmə iclasına qatıla bilməyib.