Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Rejim yaxaladığı Yaşar və Ruzbeh Pirini Təbrizdə zindana köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin qüvvələrinin yaxaladığı azərbaycanlı fəallar Yaşar Piri və Ruzbeh Piri Təbrizdə Sepahının Kəşfiyyat Bölməsinin təcridxanasından Təbrizdə mərkəzi zindanına köçürülüb.

Azərbaycanlı fəallar 26 gün Sepahın təcridxanasında işgəncə edildikdən sonra dekabrın 12-də zaindana köçürülüb.

Qeyd edək ki, Yaşar və Ruzbeh qardaşları noyabrın 17-də Təbrizdə yaxalanmışdılar. Rejimin terrorçu Sepah təşkilatının məmurları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır.

Həmin azərbaycanlı fəallar Azərbaycan türk millətinin milli-mədəni hüquqları uğrunda mübarizə apardıqları üçün dəfələrlə təzyiq və həbslərlə qarşılaşmışlar.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …

Bir cavab yazın