Cümə axşamı , Mart 23 2023
azfa

Rejimin həbs etdiyi Ruhulla Əhmədnəjaddan heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin iyulun 2-də yaxaladığı azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjaddan heç bir xəbər olmaması onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

Qeyd edək ki, azərbaycanlı fəal 2-də öz iş yerində rejimin mülki geyimli məmurlar tərəfindən yaxalanılıb.

Rejimin ETTELAAT əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartının(flaşka) məmurlar tərəfindən götürüldüyü bildirilir.

Yaxalanandan sonra fəal öz qardaşı ilə qısa telefon əlaqəsiində rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirmişdir. Fəalın ailəsi həmin telefon əlaqəsindən başqa onunla bağlı heç bir məlumat əldə edə bilmir. Bu da onların nigaranlığına səbəb olub.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın